Logo

"Yüksəliş" müsabiqəsinin qalibləri “YAŞAT” Fondunun  layihəsinə qoşulub

04.09.2021 20:42 1446 baxış
IMG

"Yüksəliş" müsabiqəsinin qalibləri “YAŞAT” Fondunun  layihəsinə qoşulub.

Şəhidlərin məktəbli övladları üçün həyata keçirilən layihə çərçivəsində onlara yeni tədris ili üçün dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

 "Yüksəliş" müsabiqəsinin qalibləri bu xeyirxah işdə yaxından iştirak edir.

 Məktəblinin hədiyyə qutusuna çanta, termos, qələm qabı,  kitablar, dəftərlər, rəngli karandaşlar, rəsm albomu və digər lazımi
məktəbli əşyaları daxildir. 

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq.  “Yüksəliş” müsabiqəsinin qalibləri sözügedən layihəyə müsabiqədə qazandıqları qrant mükafatdan 9100 AZN məbləğində vəsait ianə edib. 

Xəbər lenti